Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada HƏMAS və İsrailin "gizli İttifaqı" var

Qəzzada HƏMAS və İsrailin "gizli İttifaqı" var


"İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında HƏMAS-ın silahı yerə qoymasında və atəşkəsdə maraqlı deyil. O, HƏMAS -ın fəaliyyətindən istifadə edərək Fələstin dövlətinin yaradılmasının qarşısını alır. Bir növ Qəzzada HƏMAS və İsrailin "gizli İttifaqı" var. Çünki, HƏMAS Qəzzada mülki infrastrukturun dağıldılmasında və fələstinlilərin humanitar böhranına görə silahı yerə qoymalı idi".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İsrail Baş nazirinin planı Qəzzadan fələstinlilərin çıxarılması və anklavı İsrailin ərazisinə ilhaq etməkdir:

"Təbii ki, İsrail hərbi-siyasi kabineti iki ilə yaxın müddətdə HƏMAS-ı Qəzzadan tam çıxara bilərdi. Necə ki,12 gün ərzində İranın generallarını yatdığı yerdə vurdu. İranın hərbi infrastrukturunu ciddi zədələdi. Hazırda HƏMAS-ın girovları əlində saxlaması və fəaliyyəti Bünyamin Netanyahunun sistemli ilhaq siyasətinə cavab verir".

Politoloq onu da deyib ki, İsrail xalqı Binyamin Netanyahunun Qəzzada apardığı hərbi əməliyyatlara və humanitar böhrana görə əziyyət çəkir:

Süleyman
Xəbəri paylaş