Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin güzəştə getməyəcək

Putin güzəştə getməyəcək


ABŞ prezidenti D.Tramp Rusiyaya Ukraynada atəşkəs və sülh üçün verdiyi 50 gün vaxtı 10 günə endirdi. D.Tramp vaxtı azaltması əsasən, Rusiyanın atəşkəsdə maraqlı olmadığını və Ukraynaya qarşı hərbi əməliyyatları genişləndirməsindən irəli gəlir. Artıq Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalar mövzusunda vahid mövqedən çıxış edir. Məhz Avropa İttifaqının 18-ci sanksiya paketindən sonra, Rusiya Kiyevə qarşı daha çox ballistik raketlərlə hücum etdi. Eyni zamanda, D.Tramp Rusiyaya ikinci növ sanksiyalar tətbiq edəcəyiniz vurğulamasına cavab olaraq Rusiya Ukraynaya intensiv şəkildə hücumları genişlendirib. Bir növ V. Putin D. Trampa Ukraynaya zərbələr endirməklə, cavab verir.
Rusiya prezidenti V. Putin D.Trampın mövqeyindən asılı olmayaraq Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirəcəyini vurğulamasi, məhz diplomatik danışıqların qapısının bağlanması deməkdir. Bununla Rusiya üçtərəfli görüşdən imtina etmiş kimi mesaj verir. Hazırkı mərhələdə ABŞ, Ukrayna və Rusiya liderinin üçtərəfli görüşü mümkün görünmür.
Artıq, ABŞ, Rusiyadan neft alan ölkələrə rüsumlar tətbiq edir. Təbii ki, ABŞ sanksiyaları Rusiyanin neft gəlirlərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq. Həmçinin D.Tramp Ukraynaya limitsiz silah yardımına icazə verməsi, Moskvanın cəbhədə irəliləyişlərini durduracaq. Ağ Evin əsas məqsəd bu ilin axırına kimi Rusiyanın danışaqlar masasında əyləşdirib, güzəştə məcbur etməkdir.
Baş verən proseslər fonunda V. Putin danışıqlar müstəvisində güzəştə getməyəcək. Yalnız ABŞ sanksiyalarla Rusiyanın iqtisadiyyatını və dövlətin aparıcı siyasi elitasını hədəfə almaqla V. Putinin zəifləməsini hədəf alacaq. Növbəti mərhələdə ABŞ Rusiyanın siyasi elitasında V. Putinə təzyiq etmək üçün hərəkətə keçməsi istisna deyil. ABŞ-ın təzyiqləri nəticəsində Rusiyanın siyasi elitasında və cəbhə xəttində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarması mümkündür.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
Xəbəri paylaş