Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qonaqpərvərliyi, bəşəri dəyərləri ilə turistləri heyran edən ÖZBƏKİSTAN

Qonaqpərvərliyi, bəşəri dəyərləri ilə turistləri heyran edən ÖZBƏKİSTAN


Özbəkistanda turizm sektoru nisbətən yeni olsa da, inkişaf baxımından artıq bir çox digər sektorları üstələyib.

Bu bir danılmaz faktdır ki, ölkə beynəlxalq turizmin inkişafı üçün böyük potensiala malikdir. İyirmi il əvvəl Özbəkistanı perspektivli turizm regionu kimi heç kim bilmirdi. Dövlət müstəqillik əldə etdikdən sonra turizm sahəsində yeni prinsiplər işlənib hazırlandı. 27 iyul 1992-ci ildə Özbəkistan Respublikası Prezidentinin fərmanı ilə “Özbəkturizm” milli şirkəti yaradılmışdı. “Özbəkturizm”in əsas vəzifəsi turizm sahəsində dövlət siyasətini həyata keçirmək və turizmin inkişafının milli modelini yaratmaq idi.

Bundan əlavə, milli şirkət respublikadakı bütün turizm təşkilatlarının fəaliyyətini əlaqələndirir, turizmin bütün sahələrinin inkişafını stimullaşdırır, kadr məsələləri ilə məşğul olur, sahənin maddi-texniki bazasının formalaşdırılması və infrastrukturunun inkişafı üçün investisiya axınını cəlb edir.

1993-cü ildən ölkə “Ümumdünya Turizm Təşkilatı”nın (UNWTO) üzvüdür. 2004-cü ildən isə UNWTO ofisi Səmərqənddə - Böyük İpək Yolunun "ürəyində" transkontinental magistralda turizmin koordinasiyası ilə məşğul olur.

Hökumət tərəfindən turizm sektorunun müasirləşdirilməsi, ölkədə nəqliyyat və mehmanxana infrastrukturunun təkmilləşdirilməsi, turizm sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür.

Turizm məhsullarının xaricdə tanıdılması məqsədilə xarici turizm şirkətləri və media nümayəndələri üçün “Meqa-info-tur” - tanışlıq səfərlərinin marketinq layihəsi həyata keçirilir. Bu cür səfərlər turizm mövsümünün genişləndirilməsində, ölkəyə turist axınının müddətinin optimallaşdırılmasında, Özbəkistanda hər mövsümün turistlər üçün özünəməxsus xüsusiyyətlərinin olduğunu nümayiş etdirməkdə mühüm rol oynayır.

Bundan əlavə, Daşkənddə UNWTO-nun himayəsi ilə keçirilən “İpək Yolunda Turizm” beynəlxalq yarmarkası Özbəkistanın turizm potensialının dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu yarmarkanın əsas məqsədi turizm sahəsində özbək və xarici mütəxəssisləri birləşdirmək və onlar arasında peşəkar əməkdaşlığı daha da genişləndirməkdir. Bu günədək bu beynəlxalq sərgi Mərkəzi Asiyanın ən böyük sərgilərindən birinə çevrilib. Günümüzdə Özbəkistan qonaqpərvərliyi, bəşəri dəyərləri ilə turistləri heyran edən turizm destinasiyası kimi tanınır və xarici turistləri özünə cəlb edir.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş