
Rusiyada təlim təyyarəsi qəzaya uğrayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Orsk vilayətində baş verib.
Məlumata görə, Orskda baş verən təyyarə qəzasında Sankt-Peterburq Mülki Aviasiya Universitetinin bir müəllimi və iki kursantı həlak olub.
Baş vermiş qəza ilə əlaqədar hüquq-mühafizə orqanları araşdırmaya başlayıblar. Qəzanın səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, qəzaya uğrayan "Diamond DA" təyyarəsi Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinə məxsus olub.
Anar











































