
Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.