Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstana 5,2 milyard dollar investisiya

Qazaxıstana 5,2 milyard dollar investisiya


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Nyu-Yorka işgüzar səfəri çərçivəsində Qazaxıstan və ABŞ-ın iri şirkətləri arasında 11 saziş və memorandum imzalanıb.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, sənədlər Qazaxıstan iqtisadiyyatına 5,2 milyard dollar sərmayə qoyulmasını nəzərdə tutur.

Bu investisiyalar nəqliyyat, logistika, enerji və informasiya texnologiyaları kimi strateji əhəmiyyətli sektorlara xərclənəcək.

Müqavilənin tərəfləri Qazaxtelecom, KTZ, Samruk-Kazyna, KazMunayGas, həmçinin Amazon Kuiper, Beynəlxalq Maliyyə Korporasiyası, Lummus Technology, Exxon Mobil, Chevron, LanzaJet, Wabtec və ABŞ-ın İxrac-İdxal Bankıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş