Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İkinci Qarabağ Müharibəsi təkcə hərbi qələbə deyil, həm də milli ruhun, xalqın birliyinin və iradəsinin zəfəri idi

İkinci Qarabağ Müharibəsi təkcə hərbi qələbə deyil, həm də milli ruhun, xalqın birliyinin və iradəsinin zəfəri idi


“27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun atəşkəsi pozaraq Azərbaycan mövqelərini atəşə tutması, eyni zamanda yeni ərazilər zəbt etmək üçün hücuma keçməsi İkinci Qarabağ müharibəsinə səbəb oldu. Bununla da tarixə düşən 44 günlük Vətən müharibəsi başlamış oldu. Elə müharibınin ilk saatları və günündən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatlarına keçərək düşmənin müqavimətini qırdı, onu geri çəkilməyə məcbur etdi”.

Bu fikirləri Newscenter.az-a səsləndirən “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı deyib ki, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan xalqı bənzərsiz birlik və həmrəylik nümayiş etdirdi:

“44 gün davam edən Vətən Müharibəsi nəticəsində 300-dən çox yaşayış məntəqəsi azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər rayonlar işğaldan azad olundu. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad olunması, müharibənin taleyini həll edən əsas məqam oldu. 10 Noyabr 2020-ci il tarixdə Ermənistan kapitulyasiya bəyanatını imzaladı. Bəyanata əsasən, işğalda qalan Ağdam, Kəlbəcər və Laçın rayonları da döyüşsüz Azərbaycana qaytarıldı”.

İctimai birlik sədri hesab edir ki, İkinci Qarabağ Müharibəsi təkcə hərbi qələbə deyil, həm də milli ruhun, xalqın birliyinin və iradəsinin zəfəri idi:

"Bu mübarizə Azərbaycanın tarixinə Zəfər Salnaməsi kimi yazıldı. Minlərlə şəhid və qazimizin qanı bahasına əldə olunan bu torpaqlar, gələcək nəsillər üçün bir qürur mənbəyi oldu. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə Qarabağ qayıdışın və dirçəlişin simvoluna çevrildi. Qarabağın azad olunması ilə yeni bir dövr başladı, dirçəliş dövrü. Bu gün Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Şuşa, Füzuli, Zəngilan, Laçın və digər bölgələr artıq yenidən qurulur, doğma sakinlərinə qovuşur.

İkinci Qarabağ Müharibəsi sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarını təkcə güclü ordu ilə deyil, həm də güclü birlik və vətən sevgisi ilə geri qaytardı".

Süleyman
Xəbəri paylaş