Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp ölüm cəzasının tətbiq edilməsi ilə bağlı fərman imzaladı

Tramp ölüm cəzasının tətbiq edilməsi ilə bağlı fərman imzaladı


ABŞ prezidenti Donald Tramp Vaşinqtonda qətl törətməkdə təqsirləndirilən şəxslərə edam cəzası tətbiq edən fərman imzalayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, "Vaşinqtonda insanları öldürənləri ölüm cəzası gözləyir" deyən Tramp, fərmanın dərhal qüvvəyə mindiyini vurğulayıb. Baş prokuror Pam Bondi isə qeyd edib ki, ABŞ administrasiyası bütün ölkə üzrə ölüm cəzasına icazə verməyə çalışacaq.

Qeyd edək ki, ABŞ-da əksər ştatlar ölüm hökmünü ya ləğv edib, ya da dayandırıb. Bu ilin yanvar ayında prezident postuna seçilən Tramp federal ölüm cəzasını bərpa edən və bütün ştatlara öldürücü inyeksiya dərmanlarının kifayət qədər təchizatını təmin etməyi əmr edən sənəd imzalayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş