Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lavrov ATƏT-dəki böhranın həlli perspektivlərini müzakirə edib

Lavrov ATƏT-dəki böhranın həlli perspektivlərini müzakirə edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Newscenter.az TASS-a istinadən bildirir ki, görüş zamanı təşkilatın mövcud böhranının həlli perspektivləri müzakirə edilib.

Tərəflər bir sıra ölkələrin öz işini sırf Ukrayna gündəliyinə və rusofob gündəmə tabe etmək cəhdləri səbəbindən dərin böhranda olan təşkilatın hazırkı vəziyyətini müzakirə ediblər.

ATƏT-in fundamental konsensus qaydası əsasında vəziyyətin düzəldilməsi perspektivləri ilə bağlı da fikir mübadiləsi aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş