
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
Newscenter.az Palataya istinadən xəbər verir ki, iclasda iki nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə edilib.
Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanları audit olunan qurumların aradan qaldırması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.
Eyni zamanda, iclasda 2025-ci ilin İş Planının icra vəziyyəti müzakirə edilib, kollegiya üzvlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.
Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb.
Mehman Mehdiyev