
Rusiya prezidenti V. Putin Belarus lideri A. Lukaşenkondan V. Zelenski ilə danışaraq üçtərəfli görüş üçün təklif irəli sürüb.
D. Trampın V. Zelenski ilə üçtərəfli görüş təklifindən imtina edən V. Putin A.Lukaşenkonu minnətçi kimi ortaya atıb. Bununla V. Putin danışıqlara hazır olduğunu bəyan edir. Çox güman ki, görüş yeri kimi Minskdə keçirilməsi vurğulanacaq.
A. Lukaşenko təkliflə çıxış edəndə təhdid dilində danışaraq "Ukrayna dayanmasa, qalan əraziləri itirəcəyini"-qeyd edir. Bu ifadə ilə üç tərəfli görüş təklifinin üstündən xətt çəkmiş oldu. Belə bir yönü Kiyev qəbul etməyəcək. Rusiya üç il ərzində Ukraynanı işğal edə bilmədi. Bundan sonra, zəif ordu ilə öz məqsədlərinə çatması mümkün görünmür.
Qeyd edim ki, ABŞ və Avropanın birgə hərbi dəstəyi fonunda Ukrayna Donbasda uğurlu əks-hücuma keçir. Rusiyaya qarşı növbəti genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Krıma ciddi hərbi zərbələr endirilir. Belə bir vəziyyətdə V. Putin V. Zelenski ilə görüş təklifini irəli sürür. Bu, Moskvanın çətin vəziyyətə düşməsi deməkdir. Buna baxmayaraq, V. Putin danışıqlara hazıram mesajını vermiş olur.
Məhz ABŞ prezidenti D. Trampın əsas məqsədi hərbi təzyiqlərlə V. Putini danışıqlar masasına əyləşdirməkdir. V. Putin D. Trampın masasında deyil, öz masında A.Lukaşenkonun vasitəçiliyi ilə Ukrayna ilə danışmaq istəyir.
Təbii ki, Ukrayna prezidenti Qərbin razılığı olmadan belə bir görüşə getməyəcək. Ümumiyyətlə, üç slavyan ölkəsinin birgə danışıqlar masasında oturub razılığa gəlməsi mümkün deyil. Çünki, V. Putin V. Zelenskidən Ukraynanın təslim olmasını istəyəcək. V. Putin hesab edir ki, V. Zelenski görüşə gəlirsə, deməli, təslim olmalıdır.
Ümumiyyətlə, Belarus prezidentinin vasitəçiliyi Ukrayna tərəfindən qəbul edilməsi gözlənilmir.
Məhəmməd Əsədullazadə, politoloq