
Milli Məclisin deputatı Pərvanə Vəliyeva H.Z.Tağıyev adına kombinatın klubunda 35 saylı Xətai 3-cü seçki dairəsində yaşayan sakinlər üçün səyyar vətəndaş qəbulu keçirib.

Newscenter.az xəbər verir ki, qəbula müxtəlif həssas qruplardan, şəhid ailə üzvü, qazilər, təqaüdçülər, ahıllar, sağlamlıq imkanları məhdud şəxslər və s. yaxınlaşaraq müraciətlərini bildiriblər. Vətəndaşların qaldırdıqları məsələlər dinlənilib, ərizələri qəbul edilib. Onların araşdırılıb qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyatı qurumlara müraciət olunacağı bildirilib.

Qeyd edək ki, bu, millət vəkili Pərvanə Vəliyevanın sentyabr ayı ərzində keçirdiyi 5-ci qəbuldur.

Süleyman