Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA satışa çıxarılan ətə kimyəvi maddədən hazırlanmış möhür vurur:İDDİA

AQTA satışa çıxarılan ətə kimyəvi maddədən hazırlanmış möhür vurur:İDDİA


"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada yoxlanıldığını təsdiq edir. Mənə bir neçə rayonda deyiblər, hətta göstəriblər ki, bu möhür üçün kimyəvi məhluldan (çerneldən) istifadə olunur".

Newscenter.az xəbər verir ki, belə bir iddia ilə hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib. O bildirib ki, belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur:

"Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır. Qaynadanda hətta ətin suyu göy rəngə çevrilir. Halbuki möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır. Bu barədə AQTA ictimaiyyətə məlumat versəydi yaxşı olardı".

Süleyman
Xəbəri paylaş