
Türkiyənin Aydın–Dənizli avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Newscenter.az-ın məlumatına görə, "Report" "İHA"ya istinadən xəbər verir ki, minik avtomobili sərnişin avtobusu ilə toqquşub.
Zərbənin gücündən idarəetmədən çıxan avtobus yol kənarındakı maneələrə çırpılıb.
İlkin məlumata əsasən, qəza zamanı 1 nəfərin vəziyyəti ağır olmaqla ümumilikdə 20 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.












































