
"Azercell rəsmən müştərilərin cibinə girir".
Newscenter.az-ın xəbərinə görə, bunu deyən siyasi şərhçi Əli Orucov bildirib ki, şirkət nternet paket tariflərinin qiymətlərini artırmaq və tətbiq edilən bir aylıq müddəti 28 günə salmaqla kifayətlənməyərək, hətta kontur silinmələrini də həyata keçirir:
"Gözü doymur. Dəfələrlə bu cür neqativ hallarla bağlı narazılıqlar olsa, şikayətlər edilsə də hələ ki, Azercell öz istədiyi kimi davam etməkdədir. Görünür, arxasını çox möhkəm yerlərə söykəyib. Yoxsa indiyədək bir tədbir görülərdi".
Süleyman












































