Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir Qırğızıstanda bir sıra görüşlər keçirib

Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir Qırğızıstanda bir sıra görüşlər keçirib


Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir Qırğızıstanda bir sıra görüşlər keçirib

Newscenter.az xəbər verir ki, Menderes Demir Qırğızıstan Milli Televiziya və Radio Yayımları Korporasiyasının direktoru Ulan Satiyev, "Kabar" Milli Agentliyinin direktoru Meder Şermetaliyev və Qırğızıstan Kinematoqrafçılar Birliyinin Kinematoqrafiya kafedrasının rəhbərləri, eləcə də Bubusara Beyşenaliyeva adına Mədəniyyət və İncəsənət Universitetinin prorektoru ilə görüşüb.

Bildirilib ki, qarşılıqlı .əməkdaşlıq çərçivəsində bir sıra layihələr planlaşdırılıb. Belə ki, 21-25 oktyabr tarixlərində Bişkekdə Kommunikasiya və İncəsənət Simpoziumu keçiriləcək. Həmçinin, Türk Dünyası Jurnalistlərinin Forumu da baş tutacaq.

Bundan əlavə, tezliklə Türk Dünyasının birgə veb saytı istifadəyə veriləcək. Burada Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkiyə və Türkmənistandan xəbərlər yer alacaq.

O da məlumat verilib ki, Milli Televiziya və Qırğızıstan Televiziyasının, eləcə də Bubusara Beyşenaliyeva adına Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən hazırlanmış sənədli filmlər 30 iyunda başa çatacaq Türk Dünyası Sənədli Filmlər Festivalına qəbul edilib.

Menderes Demir həmçinin, Qırğızıstan Dövlət Agentliyində keçirilən görüşdə müştərək biliklərin, xəbərlərin paylaşılması və kommunikasiya, medianın bütün sahələrində birgə fəaliyyət barədə razılıq əldə edilib.

Süleyman
Xəbəri paylaş