Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pensiyalar nə vaxtdan artımla veriləcək?

Pensiyalar nə vaxtdan artımla veriləcək?


Bizə olan çoxsaylı müraciətlərə cavab olaraq əmək pensiyalarında gözlənilən artım,onun kimlərə şamil ediləcəyi və nə vaxt veriləcəyi,eləcə də bu mövzu ətraında olan digər məsələlərə aydınlıq gətirməyi vacib bildik.

Bəzən belə fikirlərə rast gəlmək olur ki,əmək pensiyalarının artırılması barədə söz gedəndə yalnız yaşa görə əmək pensiyasının artacağı nəzərdə tutulur. Bundan əlavə belə fikirlər də yer alır ki, növbəti ilin əmək pensiyası əvvəlki ilin orta ilik inflyasiyası səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Belə məsələlərə münasibətdə yanlışlıq və qarışıqlıq olmasın deyə əvvəlcə sözügedən məsələlərə dair Əmək pensiyaları haqqında qanunun tələblərini nəzərə çatdırmaq istərdik:

Əmək pensiyaları haqqında qanunun 4-cü maddəsinə əsasən əmək pensiyalarına yaşa görə əmək pensiyası ilə yanaşı, həm də əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası da daxildir. Bu ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edib. Onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.İlin sonuna bu rəqəmlərdə qismən dəyişikliklər olacaq.Pensiya artımı 1,1 milyon nəfərəyaxın bütün növ pensiyalara,yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alanlara şamil ediləcək.

Əmək pensiyaları haqqında qanunun 29-cu maddəsinin 1-ci bəndinə əsasən əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən indeksləşdirilir. 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq xüsusi sərəncamla 2025-ci il yanvarın 1-dən bütün növ əmək pensiyaları,yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları artırılacaq.

Əmək pensiyaları haqqında qanunun 29.1-1 maddəsinə uyğun olaraq isə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin,yəni inflyasiyanın illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdiriləcək.

Gələn il əmək pensiyalarının nə qədər artacağı barədə mətbuatda müxtəlif rəqəm və mülahizələr irəli sürülür.Daha çox 8-9 faiz arasında artımdan söhbət gedir.Amma həqiqi məlumat yalnız 2025-ci il fevralın əvvəllərində məlum olacaq ki,pensiyaların indeksləşməsində hansı rəqəm əsas götürüləcək. Bu əsasda Əmək pensiyalarının indeksləşdirilməsi haqqında xüsusi Prezident Sərəncamı olacaq.Artım gələn ilin yanvar ayından hesablanacaq.Amma yanvar ayında 2024-cü ilin orta əmək haqqının artım göstəricisi barədə məlumat hazır olmadığından, vətəndaşlar 2025-ci ilin yanvar ayında builki məbləğdə pensiya alacaqlar.Yanvar ayının artan pensiya məbləğı fevralda veriləcək.Beləliklə həm yanvar,həm də fevral ayının pensiya artımları 2025-ci ilin fevral ayında birlikdə ödəniləcək.Artıq qeyd etdiyimiz kimi, pensiya artımı təqribən 1,1 milyona yaxın pensiyaçını əhatə edəcək.

Əli Məsimli, Milli Məclisin deputatı
Xəbəri paylaş