"Azərbaycan bütün sahələrdə olduğu kimi idman sahəsində də uğurlu inkişaf yolu keçib və təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır".
Bu fikirləri Newscenter.az-a Milli Məcliisin deputatı İlham Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2024-cü ilin idman yekunlarına həsr olunmuş görüşü şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, dövlət başçısının ölkə idmançıları ilə bu kimi görüşləri artıq neçə illərdir ki, ənənə halını alıb və hər ilin sonunda Cənab Prezident idman federasiya rəhbərləri, müvafiq qurumların rəsmiləri ilə bir araya gələrək bu sahədə əldə edilən uğurları təhlil edir, növbəti illər üçün qarşıya qoyulan vəzifələri müəyyənləşdirir:
"Hər il olduğu kimi bu il də idman həyatımız üçün uğurlu olub. Azərbaycan idmançıları müxtəlif ölkələrdə keçirilən beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında uğurlu nəticələr göstərərək Azərbaycan bayrağını yüksəklərə qaldırıblar. Heç şübhəsiz ki, əldə edilən uğurların təməlində isə idmana, idmançılarımıza yönəlik dövlət qayğısı başlıca rol oynayır. Məhz Cənab Prezidentin xüsusi diqqət və qayğısının nəticəsidir ki, idmançılarımız da dövlət başçısının onlara göstərdiyi etimadı doğrultmağa çalışır və buna nail olurlar".
Millət vəkili qeyd edib ki, qarşıdakı hədəf isə Azərbaycanda keçiriləcək MDB idman oyunlarına yüksək səviyyədə hazırlıqdır:
"Dövlət başçısı idmançılarla keçirdiyi görüşdə gələn il ölkəmizdə keçiriləcək MDB oyunlarından danışdı və həmin yarışlara daha ciddi hazırlaşmağı tövsiyə etdi. Ümid edirik ki, idmançılarımız dövlət başçısının onlara göstərdiyi diqqə və qayğının, verdiyi tövsiyələrin əsasında bu il də idman həyatımız üçün uğurlu olub".
Süleyman