Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər

Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər


2026-cı ildə Laçın Beynəlxalq Hava Limanına müntəzəm reysklərin həyata keçirilməsinə başlanıla bilər.

Newscenter.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn il "Azərbaycan Hava Yolları" QSC Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi reyslər, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli və Laçın aeroportlarına təşkil edəcəyi reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə dövlət büdcəsindən 5,9 milyon manat vəsait alacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş