
Türkiyənin yeni baş konsulu Səmərqənddə fəaliyyətə başlayıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Səmərqənd vilayətinin qubernatoru vəzifəsini icra edən Adiz Boboyev Türkiyənin Səmərqənddə yeni baş konsulu vəzifəsində fəaliyyətə başlayan Serdar Dənizlə görüşüb.
Görüşdə baş konsul işlədiyi müddətdə Özbəkistan və Türkiyə arasında əlaqələrin inkişafına, həmçinin Səmərqənd bölgələri ilə Türkiyə arasında ticarət-iqtisadi, mədəni-humanitar, turizm sahələrində əməkdaşlığa töhfə verəcəyini bildirib.
Adiz Boboyev yeni konsula işlərində uğurlar arzulayıb, Səmərqənd Vilayət Administrasiyasının davamlı əməkdaşlığa hazır olduğunu bildirib, gələcəkdə həyata keçirilməli olan perspektiv layihələrə diqqət çəkib.
İclasda Səmərqənd Vilayət Administrasiyası ilə Baş Konsulluq arasında əməkdaşlıq istiqamətləri müəyyən edilib.
Qeyd edək ki, Serdar Dəniz karyerasını bir müddət əvvəl başa vuran keçmiş baş konsul Salih Canerin yerinə təyin edilib.
Süleyman