
Rusiyada ən azı 15 növ nadir torpaq metalları var. Artıq kəşf edilmiş 18 yataqda ümumi ehtiyatlar 28 milyon tondan artıqdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib:
“Rusiya Təbii Sərvətlər Nazirliyinin 2023-cü ilin yanvarında dərc etdiyi hesabata əsasən, ölkəmizdə ən azı 15 növ nadir torpaq metalları var".
Şoyqu həmçinin qeyd edib ki, Rusiyanın ümumi sübut edilmiş nadir torpaq metal ehtiyatlarının 2%-dən az hissəsi hasil edilir:
"Rusiya iqtisadiyyatının ehtiyac duyduğu nadir torpaq metallarının əksəriyyəti xaricdən idxal olunur. Bu qiymətli resursun iqtisadi dövriyyəyə çıxarılması və nadir torpaq metallarının ölkə daxilində emalının tam tsiklinin yaradılması elə bir vəzifədir ki, onun həlli təkcə gələcək üçün deyil, həm də, tarixi gələcəkdə Rusiya Federasiyasının suveren dövlət kimi mövcudluğunu müəyyən edəcək".
Bununla belə, Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin fikrincə, nadir torpaq metallarının unikal ehtiyatlarına malik olduğu üçün Rusiya bu sənayedə texnoloji tərəfdaş olmağa qadirdir.
Mehman Mehdiyev











































