Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın zəifləməsi Azərbaycanın geosiyasi mövqelərini gücləndirir

Rusiyanın zəifləməsi Azərbaycanın geosiyasi mövqelərini gücləndirir


ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Budapeştdə planlaşdırılan görüş Vaşinqton tərəfindən təxirə salınıb. Görüşün təxirə salinması əsasən Rusiyanın Ukrayna ilə bağlı irəli sürdüyü şərt göstərilir. Kreml atəşkəs müqabilində Donbas bölgəsinin Rusiyanın nəzarətinə verilməsini təklif edib. Bu təklif nə ABŞ, nə Avropa İttifaqı, nə də NATO və Ukrayna tərəfindən qəbul olunmur.
Donald Tramp isə, təmas xətti boyunca heç bir ərazi şərti irəli sürülmədən atəşkəsin əldə olunmasını təklif edib. Lakin Moskva bu mövqeyə müsbət yanaşmadığından, danışıqların davam etdirilməsinə ehtiyac qalmayıb.
Ümumilikdə, ABŞ və Rusiya arasında Ukrayna məsələsində diplomatik razılaşmanın əldə olunması hələlik mümkün görünmür. Trampın Putinə görüşdən imtina etməsi də məhz nəticəsiz perspektivlə bağlıdır.
Əgər Budapeşt görüşü baş tutsaydı belə, onun Alyaska danışıqları kimi nəticəsiz qalacağı ehtimal olunurdu. Bu cür nəticə Tramp administrasiyasının mövqeyinə mənfi təsir göstərə bilərdi. Bununla yanaşı, belə görüşlərin keçirilməsi isə daha çox Vladimir Putinin maraqlarına xidmət edir.
Görüşün təxirə salınmasından sonra ABŞ-ın Ukraynaya hərbi yardımları artırması və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi gözlənilir.
Rusiyanın zəifləməsi Azərbaycanın geosiyasi mövqelərini gücləndirir. Bununla yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir siyasi nizam yaranır.

Məhəmməd Əsədullazadə
Xəbəri paylaş