
Tramp administrasiyası Alyaska sahillərində yeni neft və qaz yataqlarının işlənməsinə qoyulmuş qadağanı ləğv edib.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.
Bildirilir ki, Alyaska sahillərində ABŞ-da ən perspektivli inkişaf etdirilməmiş enerji ehtiyatları var. Bu da ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.
Yanvar ayında Tramp bəyan etmişdi ki, onun administrasiyası Alyaskanın səhra ərazilərində neft və qaz hasilatını bərpa edəcək. Onun sözlərinə görə, bu ərazilərdəki ehtiyatlar bütün Asiyada tələbatı ödəyə bilər.
Bayden administrasiyası 2024-cü ildə Alyaskada neft və qaz icarələrini, o cümlədən Arktika Milli Vəhşi Təbiət Qoruğunda neft kəşfiyyatı və qazma işlərini məhdudlaşdırmışdı.
Anar Əliyev











































