
MDB kəşfiyyat xidmətlərinin birgə səyləri nəticəsində 2025-ci ildə beş terror aktının qarşısı alınıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan DQB sədrinin birinci müavini Botir Tursunov Düşənbədə keçirilən MDB-nin terrorizm və ekstremizmlə mübarizə üzrə üçüncü konfransında bildirib.
O, həmçinin MDB-nin təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin, o cümlədən terror fəaliyyətində iştirak edən şəxslər haqqında məlumat mübadiləsinin vacibliyini vurğulayıb.
"Özbəkistan bundan sonra da öz təcrübəsini fəal şəkildə bölüşməyə, qarşılıqlı əməkdaşlığı genişləndirməyə və əməkdaşlıq çərçivəsində birgə təşəbbüslərdə iştirak etməyə hazırdır. Əminəm ki, MDB çərçivəsində konstruktiv dialoq ümumi məkanımızda kollektiv təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcək", - Tursunov bildirib.
Süleyman