
Macarıstan Avropa İttifaqının Qərbdə dondurulmuş Rusiya maliyyə aktivlərindən Ukraynanın xeyrinə istifadə etməsini oğurluq hesab edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı liderlərinin Brüssel görüşünə gedərkən bildirib.
O qeyd edib ki, Aİ liderləri Ukraynaya hərbi yardım göstərmək üçün istifadə etmək məqsədilə Rusiya aktivlərinin ekspropriasiyası üçün Macarıstandan dəstək istəyirlər.
"Biz isə bunu hələlik dayandırmışıq",-deyə Orban qeyd edib.
Orban məsələni mürəkkəb adlandırıb və əlavə edib ki, Rusiya aktivlərinin Ukraynaya ötürülməsini ölkəsi dəstəkləmir.
Mehman Mehdiyev











































