
Serbiyanın Avropa İttifaqına daxil olmaq yolunda irəliləyiş əldə etməməsi Belqradın Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan imtina etməsi ilə bağlıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
RTS telekanalında müsahibəsində Vuçiç bildirib ki, Belqrad regionun digər ölkələrindən nümunə götürsə və Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etsəydi, Avropaya inteqrasiya prosesi xeyli sürətlə gedəcəkdi:
"Sadəcə Rusiyaya qarşı sanksiyalar tətbiq etsəydik, biz hər şeydə dünya çempionu olardıq. Regiondakı bütün digər ölkələr öz siyasətlərini formalaşdırmağa başladılar və onların ilk xətti Serbiyadan fərqli olaraq siyasətlərini Aİ siyasətinə tam uyğunlaşdırmaq oldu".
Prezident vurğulayıb ki, çətinliklərə baxmayaraq, Avropa İttifaqı Serbiya üçün strateji prioritet olaraq qalır:
"Avropa İttifaqı bizim üçün çox böyük əhəmiyyət kəsb edir və bununla bağlı heç bir illüziyam yoxdur. Aİ bizim ən böyük sərmayəçimizdir. Bu, azalan böyüməyə və çoxsaylı problemlərə baxmayaraq, Avropa insanların hələ də planetdə ən yaxşı həyat sürdüyü yerdir. Bu, bizim aid olduğumuz regiondur".
Mehman Mehdiyev











































