
ABŞ prezidenti Donald Tramp Amerikanın
Rusiyaya qarşı yeni sanksiyalar paketinin nəticələri altı ay ərzində özünü göstərəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti bəyan etmişdi ki, ABŞ-ın yeni məhdudiyyətləri ölkənin iqtisadi rifahına ciddi təsir göstərməyəcək. Bundan əlavə, Putin sanksiyaların Moskvaya qarşı qeyri-dost hərəkət olduğunu və bu addımın yenicə bərpa olunmağa başlayan Rusiya-Amerika münasibətlərinə mənfi təsir göstərəcyini bildirmişdi.
Rusiya prezidenti bəyan edib ki, ABŞ administrasiyası bu cür hərəkətləri ilə yalnız ikitərəfli münasibətlərə xələl gətirir.
Məlumat üçün qeyd edək ki, çərşənbə günü ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl”u, eləcə də bu şirkətlərin 34 törəmə müəssisəsini Amerika sanksiyalarının yeni paketinə daxil edib.
Anar Əliyev











































