Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Trampın Qəzza planına sadiqdir

İsrail Trampın Qəzza planına sadiqdir


İsrail Qəzza zolağında ABŞ prezidenti Donald Trampın təklif etdiyi nizamlanma planının həyata keçirilməsinə sadiqdir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

O, İsraildə səfərdə olan Albaniyanın xarici işlər naziri Eliza Spiropali ilə görüşündən sonra bunları söyləyib:

"İsrail Trampın planının uğurla həyata keçirilməsini təmin etmək üçün işləməyə sadiqdir. Onun həyata keçirilməsində çətinliklər var, lakin biz onun uğurunu təmin etmək üçün mümkün olan hər şeyi edirik və bundan sonra da edəcəyik. HƏMAS və İslami Cihad tərksilah edilməlidir".

Saar vurğulayıb ki, ölkəsi anklavın demilitarizasiyası tələbində israrlıdır:

"Qəzza zolağı demilitarizasiya edilməlidir. Onlar artıq İsrailin və onun vətəndaşlarının təhlükəsizliyinə təhdid yaratmamalıdır. Biz bundan əl çəkməyəcəyik".

Nazir xüsusi olaraq qeyd edib ki, İsrail radikallardan anklavda qalan israilli girovların bütün qalıqlarını dərhal geri qaytarmağı tələb edir.

Mehman Mehdiyev
Xəbəri paylaş