Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" İB-nin baş direktoru Sabirabadda vətəndaş qəbulu keçirib

"Azəriqaz" İB-nin baş direktoru Sabirabadda vətəndaş qəbulu keçirib


SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun oktyabr ayında vətəndaşlarla növbəti görüşü Sabirabad rayonunda baş tutub.

Bu barədə Newscenter.az-a SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Birlik rəhbəri Sabirabadla yanaşı, Saatlı və İmişli, həmçinin respublikanın digər rayonlarından qəbula üz tutan təxminən 70 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.

Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, kəndlərə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar.

Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

Mehman Mehdiyev
Xəbəri paylaş