Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan artıq yekun sülhün astanasındadır

Azərbaycan və Ermənistan artıq yekun sülhün astanasındadır


"Azərbaycan və Ermənistan artıq yekun sülhün astanasındadır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanda Ermənistana gedən yüklərə tranzit imkanı yaratmasını bəyan etməsi böyük rezonans doğurub".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O bildirib ki, bu, istər Ermənistan daxilində, istərsə də Rusiya və İran tərəfinin də gözləmədiyi hal olub:

"Normallaşma prosesinin əsas həlledici məqamı olan bu hadisə böyük siyasi və iqtisadi hadisədir. Ermənistan Baş naziri də bizim prezidentə öz təşəkkürünü bildirib. Türkiyədən gələn yüklərin Azərbaycana daşınmasının da Ermənistan ərazisi ilə istifadəsinə razılıq verilib".

Azər Qasımov qeyd edib ki, bu artıq əlaqələrin bərpasının real hal aldığının sübutudur:

"Bu həm də sülhün artıq geridönməz hal aldığını göstərir. Tərəflər sülhün alternativinin olmadığını daha dəqiq anlayıb, hiss edəcəklər".

Süleyman
Xəbəri paylaş