
Abşeronda daş karxanasında hündürlükdən yıxılan kişi ölüb.
Newscenter az "Report"a istinadən xəbər verir ki, sentyabrın 28-i Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Nurlan Qüdrət oğlu Balaqardaşov Güzdək qəsəbəsinin ərazisində yerləşən daş karxanasındakı hündürlükdən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş N.Balaqardaşov oktyabrın 22-si orada ölüb.
Araşdırmalar aparılır.