Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rubio İsrailə gələcək

Rubio İsrailə gələcək


ABŞ dövlət katibi Marko Rubio oktyabrın 23-də İsrailə səfər edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, səfərin ikinci günü ABŞ dövlət katibi İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq.

Qeyd edək ki, oktyabrın 9-da Tramp İsrail və Fələstin radikal HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çıxarılmasını nəzərdə tutan sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlayıb. Oktyabrın 10-na keçən gecə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi hökumətin bütün girovların azad edilməsi ilə bağlı sazişi təsdiqlədiyini bildirib. Qəzza zolağında atəşkəs razılaşması oktyabrın 10-dan qüvvəyə minib.

Mehman Mehdiyev
Xəbəri paylaş