
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin dəvəti ilə oktyabrın 23-24-də Brüsseldə rəsmi səfərdə olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə uze.uz xəbər portalı məlumat verib.
Səfər proqramına əsasən, Avropa İttifaqının paytaxtında bu assosiasiyanın əsas qurumlarının rəhbərləri ilə ikitərəfli danışıqların aparılması nəzərdə tutulur.
Bu ilin aprelində Səmərqənddə yüksək səviyyəli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində çoxşaxəli əlaqələrin daha da inkişafı və genişləndirilməsinin cari məsələlərinə baxılacaq.
Süleyman