
Buryatiyada kütləvi zəhərlənmə halı baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Buryatiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, "Vostok" şirkətinin hazır məhsullarından zəhərlənənlərin sayı 159 nəfərə çatıb. Onlardan 90 nəfəri uşaqdır.
"Oktyabrın 23-nə 159 yoluxma faktı qeydə alınıb, onlardan 90-ı uşaqdır. Zəhərlənənlərin bəzilərinə ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb. Bundan başqa 51-i uşaq olmaqla 82 nəfər Respublika Kliniki Yoluxucu Xəstəliklər Xəstəxanasında stasionar müalicə alır", - deyə nazirlikdən bildirilib.
Anar Əliyev