Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan erməni müxalifətçiləri “xarici emissarlar” adlandırıb

Paşinyan erməni müxalifətçiləri “xarici emissarlar” adlandırıb


Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, fəal müxalifət “xarici emissardır” və onun gündəliyi ölkədən kənarda formalaşır.

Newscenter.az TASS-a istinadən bildirir ki, ermıni baş nazir bu barədə parlamentdə çıxışı zamanı bildirib.

"Müxalifətin əsas fəal hissəsinin gündəliyinin Ermənistan Respublikasının daxili gündəliyi ilə heç bir əlaqəsi yoxdur. Onların gündəliyi Ermənistandan kənarda formalaşıb. Onlar xarici emissarlardır", - deyə Ermənistanın baş naziri bildirib.

Qeyd edək ki, Ermənistan müxalifəti də eyni ittihamlarla çıxış edir, Paşinyanı Türkiyə və Azərbaycanın elçisi adlandırır.

Mehman Mehdiyev
Xəbəri paylaş