Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ŞƏT ölkələri ilə əməkdaşlığı inkişaf etdirir

Rusiya ŞƏT ölkələri ilə əməkdaşlığı inkişaf etdirir


Rusiya Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər arasında ticarət, investisiya və maliyyə sahələrində əməkdaşlığın inkişafı məsələlərini dərindən müzakirə etməyə hazırdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Düşənbədə Rusiyanın Tacikistandakı səfirliyinin müşaviri Vera Xutorskaya deyib.

"ŞƏT təşkilatı çərçivəsində ticarət, investisiya və maliyyə əməkdaşlığı intensiv şəkildə inkişaf etdirilir. Ötən il təsdiq edilmiş 2030-cu ilə qədər enerji əməkdaşlığı strategiyası tam sürətlə həyata keçirilir", -deyə diplomat qeyd edib. Onun sözlərinə görə, qlobal iqtisadiyyatda davam edən çətinliklərə baxmayaraq, 2024-cü ildə ŞƏT ölkələrinin ümumi ÜDM-i orta hesabla 5%-dən çox artıb ki, bu da ümumdünya orta göstəricilərindən yüksəkdir.


Mehman Mehdiyev
Xəbəri paylaş