Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada 1,5 milyon nəfər hərbi xidmətə görə axtarışdadır

Ukraynada 1,5 milyon nəfər hərbi xidmətə görə axtarışdadır


Ukraynada 1,5 milyon nəfər hərbi xidmətdən yayındığına görə axtarışdadır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna Polisi məlumat verib.

Məlumatda bildirilir ki, axtarışda olan şəxs küçədə saxlanılarkən hərbi-tibbi ekspertizadan keçmək üçün müvafiq quruma göndərilir və daha sonra döyüş çağırışı verilir.

Ukrayna Müdafiə Nazirliyinin hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələrinin səfərbərliyə ehtiyacı ayda təxminən 30 min nəfərdir.

Cəbhəyə getmək istəməyən Ukrayna vətəndaşları üçün mövcud olan əsas xidmətlərə axtarış siyahısından çıxarılma, səfərbərliyin müxtəlif mərhələlərindən yayındırma, eyni zamanda ödəniş və xaricə daşınma daxildir.

Mehman Mehdiyev
Xəbəri paylaş