
Rusiyada gələn il 5-dən çox uşağı olan qadınların pensiyası artırıla bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, qadınların sığorta pensiyalarının 2026-cı ildə onların beşinci və sonrakı uşaqlarına qulluq etdiyi dövrlər üçün yenidən hesablanması planlaşdırılır. Bu artımın 470 min rusiyalı qadına şamil ediləcək.
Rusiya Sosial Fondunun rəhbəri Sergey Çirkov Dövlət Dumasının plenar iclasında bildirib ki, 2026-cı ildə bu məqsədlər üçün xərclər 10,9 milyard rubl təşkil edəcək. Çirkov deyib ki, bu qadınlar üçün orta pensiya 1900 rubl artacaq. O, həmçinin qeyd edib ki, “Qəhrəman ana” adına layiq görülən qadınlar üçün sosial təminatlar 2026-cı ildən başlayaraq müəyyən ediləcək. Bu məqsədlə büdcədən 337,2 milyon rubl ayrılıb.
Anar Əliyev