
Milli Məclisin deputatı Əminə Ağazadə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində "Demokratiya və İnsan Hüquqları“ Komitəsinin Büro iclasında aparılan müzakirələrdə iştirak edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili sosial şəbəkə hesabında paylaşıb.
İclas zamanı deputat Azərbaycanda demokratiya və insan hüquqlarının qorunması, müdafiəsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlərdən danışıb, ildən-ilə bu istiqamətdə mütərəqqi addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Süleyman