Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT Agentliyinin elan etdiyi müsabiqələrə 1000-ə yaxın QHT-dən müraciət daxil olub

QHT Agentliyinin elan etdiyi müsabiqələrə 1000-ə yaxın QHT-dən müraciət daxil olub



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri və Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə QHT-lərdən layihələrin qəbulu 2025-ci il oktyabrın 22-də başa çatıb.

Newscenter.az Agentliyə istinadən bildirir ki, elan edilmiş müsabiqələr üzrə ümumilikdə, 980 QHT müvafiq elektron sistem üzrə sənədlərini yerləşdirməyə başlayıb, lakin onlardan 759-u proseduru sona qədər uğurla tamamlayaraq layihələrini sistemə yükləyiblər.
Daxil olmuş 759 QHT layihəsindən 695-i Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri üzrədir:

Böyük qrant: 64
Orta qrant: 152
Kiçik qrant: 479

Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə isə 64 QHT layihəsi daxil olub:

Böyük qrant: 11
Orta qrant: 18
Kiçik qrant: 35

QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki seleksiyasına başlanılıb. Ekspertiza mərhələsindən sonra layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Süleyman
Xəbəri paylaş