
"Transneft" 2027-2028-ci illərdə Rusiya neftinin Qazaxıstan vasitəsilə Çinə nəqlini indiki 10 milyon tondan 12,5 milyon tona çatdıra bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu şirkətin baş direktoru Nikolay Tokarev jurnalistlərə bildirib.
"Bu mövzu üzərində iş gedir, amma düşünürəm ki, bu, bir neçə ildən sonra, 2027-2028-ci illərdən tez olmayacaq. Çünki bir sıra texniki həllər lazımdır. Stansiyanın tikintisi, xətti hissə, maliyyələşdirmə. Bu, qarşıya çıxan problemlərdir. Ümumilikdə, ideya əsaslıdır və məqbuldur, resurslar da var. Hamı bunun tərəfdarıdır, qalan şey həyata keçirməkdir".
Bundan əvvəl Rusiya hökuməti Çinlə hökumətlərarası sazişə düzəlişlər edən protokol layihəsini təsdiqləyib. Bu Rusiya neftinin Çinə tədarükünün 2,5 milyon ton artırılmasını nəzərdə tutur.
Anar Əliyev