Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən son bir həftədə Şimali İraq və Suriya da daxil olmaqla ölkə daxilində və sərhəddən keçən əməliyyatlarda 62 terrorçu zərərsizləşdirilib.
Newscenter.az nazirliyə istinadən bildirir ki, beləliklə, 2024-cü ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 3226-ya çatıb.
Bildirilib ki, son bir həftədə 107 nəfər sərhədi qanunsuz keçməyə cəhd edərkən yaxalanıb. Tutulanlardan birinin terror təşkilatı üzvü olduğu müəyyən edilib.
Bundan əlavə, həftə ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 21 min 310 qram narkotik vasitə aşkarlanıb.
Mehman Mehdiyev