Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Aktauda baş verən qəza ilə bağlı dispetçerlər arasında danışıqları araşdırır

Rusiya Aktauda baş verən qəza ilə bağlı dispetçerlər arasında danışıqları araşdırır


Rusiya İstintaq Komitəsi Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin komandiri ilə üç şəhərin aviadispetçerləri arasındakı söhbəti araşdırmağa başlayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ekipaj komandiri Qroznı, Mahaçqala və Mineralnıye Vodı hava limanlarında nəzarətçilərlə danışıb. Müstəntiqlər onların danışığını hərtərəfli araşdırırlar.

"Hazırda hərtərəfli aviasiya texniki ekspertizası təyin edilib. Bütün təyyarə sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir", - deyə məlumatda bildirilir.

Komitənin mütəxəssisləri Azərbaycan və Qazaxıstandakı həmkarları ilə əlaqə saxladıqlarını vurğulayıblar. Qazaxıstan Braziliyadan gələn qara qutuların məlumatlarını öyrənir.

Komissiya Qazaxıstan Respublikası qanunvericiliyinin tələblərinə və ICAO-nun 13 nömrəli Əlavəsinin tələblərinə uyğun olaraq ilkin hesabat dərc edəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş