Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Umayra Tağıyeva: "Oxçuçayda çirklənmə normadan 5-7 dəfə çoxdur"

Umayra Tağıyeva: "Oxçuçayda çirklənmə normadan 5-7 dəfə çoxdur"

"Ermənistan Oxçuçayın Azərbaycandan keçən hissəsini çirkləndirməkdə davam edir". Newscenter.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq....

"Tərtər işi" ilə bağlı daha bir neçə hərbçi həbs edilib - SİYAHI

"Tərtər işi" ilə bağlı daha bir neçə hərbçi həbs edilib - SİYAHI

Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual....

Mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması üçün dəstək göstərilir

Mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması üçün dəstək göstərilir

Füzuli rayonu Böyük Bəhmənli kəndində “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması” adlı layihəsini uğurla davam etdirir. Newscenter.az-a İctimai Birlikdən verilən xəbərə....

İkinci dünya müharibəsi iştirakçılarına 1500 manat birdəfəlik yardım ödəniləcək - SƏRƏNCAM

İkinci dünya müharibəsi iştirakçılarına 1500 manat birdəfəlik yardım ödəniləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam....

Bakıda polis əməliyyatlar keçirib, 10 kq-a yaxın narkotik və odlu silah götürülüb-VİDEO

Bakıda polis əməliyyatlar keçirib, 10 kq-a yaxın narkotik və odlu silah götürülüb-VİDEO

Paytaxtın Sabunçu rayonunun Maştağa, Nardaran və Bakıxanov qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik tərkibli bitkilərin kultivasiyası və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN)....

"Azəriqaz" rəsmiləri Sabunçu rayonunda sahibkarlarla görüş keçirəcəklər

"Azəriqaz" rəsmiləri Sabunçu rayonunda sahibkarlarla görüş keçirəcəklər

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Sabunçu rayonunda təşkil olunacaq. Newscenter.az quruma istinadən xəbər verir ki,....

Ermənistanla Rusiya arasında sənədlər paketi imzalanacaq

Ermənistanla Rusiya arasında sənədlər paketi imzalanacaq

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı iki ölkə arasında sənədlər paketi imzalanacaq. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Qeyd edək ki, N.Paşinyan aprelin 19-da Rusiyaya ikigünlük rəsmi səfərə....

Sosial sahibkarlığın inkişafını təşviq etmək üçün təkliflər paketi hazırlanacaq

Sosial sahibkarlığın inkişafını təşviq etmək üçün təkliflər paketi hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində BMT İnkişaf Proqramının beynəlxalq məsləhətçisi Lana Lovasiç ilə görüş keçirilib. Newscenter.az-a DMA-dan bildirilib ki, görüşdə Azərbaycanda sosial sahibkarlığın təşviqinə dair məlumat mübadiləsi aparılıb və....

“Azəriqaz” daha bir yeniliyin tətbiqinə başlayır

“Azəriqaz” daha bir yeniliyin tətbiqinə başlayır

Abonent məmnuniyyətini hər zaman yüksək tutan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi daha bir yeniliyin tətbiqinə start verib. Newscenter.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, abonentlər əvvəllər istehlak etdikləri təbii qaza görə yaranan borcu....

Sergey Lavrov: "Ukraynada müharibənin yeni fazası başlayıb"

Sergey Lavrov: "Ukraynada müharibənin yeni fazası başlayıb"

“Ukraynadakı “xüsusi əməliyyat”ın növbəti fazası başlayıb”. “Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “India Today”ə müsahibəsində söyləyib. Onun sözlərinə görə, Rusiyanın Kiyevdə hakimiyyəti dəyişmək niyyəti yoxdur: “Ukraynalılar özləri necə yaşayacaqlarına qərar....

Sərhədçilər Füzulidə 8 kq-dan artıq narkotik aşkarlayıb

Sərhədçilər Füzulidə 8 kq-dan artıq narkotik aşkarlayıb

Füzulidə sərhədçilər 8 kq-dan artıq narkotik aşkarlayıb. Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, aprel ayının 18-də saat 12:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin rayonun Böyük-Bəhmənli kəndi....

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış....

Prezident Aİ-nin xüsusi nümayəndəsini qəbul edib

Prezident Aİ-nin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Newscenter.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.....

Nazir İnam Kərimov Sabirabadda pambıq sahələrinə baxış keçirib

Nazir İnam Kərimov Sabirabadda pambıq sahələrinə baxış keçirib

Azərbaycanın pambıq sahələrində çiyid səpini davam edir. Sabirabad rayonunun Kürkəndi kəndində fermer Xalıq Zülfüqarovun 10 hektarlıq sahəsində çiyid səpini həyata keçirilib. Newscenter.az KTN-ə istinadən xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, pambıq şirkətlərinin....

Zakir Həsənov Hulusi Akara başsağlığı verib

Zakir Həsənov Hulusi Akara başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Newscenter.az xəbər verir ki, başsağlığında deyilir: "Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pənçə Kilit”....

İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndələri ilə görüş keçirilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nümayəndələri ilə görüş olub. Newscenter.az-a Dövlət Məşğulluq....

Amerikalı jurnalist azərbaycanlı hərbçilərdən məxfi məlumatlar toplamağa çalışırmış

Amerikalı jurnalist azərbaycanlı hərbçilərdən məxfi məlumatlar toplamağa çalışırmış

Sosial mediada Azərbaycan və Türkiyəyə qarşı təxribatçı yazıları ilə tanınan amerikalı jurnalist Lindsi Snellin iki ölkənin vətəndaşlarından müxtəlif metodlarla məxfi məlumat toplamağa cəhd göstərdiyi məlum olub. “Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb. Bildirilib ki, jurnalistin....

Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb

Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb

Aprelin 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib. Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini....

Şuşa və Ağdama 4500-ə yaxın sərnişin səfər edib

Şuşa və Ağdama 4500-ə yaxın sərnişin səfər edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 114 reys həyata keçirilib, 4448 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib. Newscenter.az-a....

Bu il 69 milyon 778 manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

Bu il 69 milyon 778 manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

Bu ilin yanvar-mart ayları ərzində 69 milyon 778 manatlıq narkotik maddə dövriyyədən çıxarılıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, 2022-ci ilin 3 ayı....