Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu" işçi axtarır

"Azərsu" işçi axtarır


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti laborant və tullantı sutəmizləyici qurğular üzrə mütəxəssislərin işə qəbulunu elan edir. Şabran, Şamaxı, Ağsu, Yardımlı, Lerik, Oğuz, Qəbələ, İsmayıllı, Daşkəsən, Ağstafa, Goranboy rayonlarında və Naftalan şəhərində laborant vəzifəsi üzrə vakant iş yerləri üçün müraciətlərin qəbuluna başlanılıb.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, vakant iş yerləri və namizədlərə tələblər barədə ətraflı məlumat azersu.az saytının “Vakansiyalar” bölməsində yerləşdirilib. Bu sahədə işləmək istəyənlər həmin bölmə vasitəsilə şəxsi məlumatlarını (CV) təqdim edə bilərlər.

Yaxın vaxtlarda Xızı rayonunda yeni tullantı sutəmizləyici qurğunun istismara verilməsi nəzərə alınaraq kadr ehtiyat bazası yaradılır. Bu obyektdə qurğu rəisi, texnoloq və operator vəzifələrində çalışmaq istəyənlər şəxsi məlumatlarını “Azərsu” ASC-nin rəsmi internet səhifəsində “Karyera” bölməsindən “CV müraciət”-ə keçid etməklə göndərə bilərlər. Həmin müraciətlər “Azərsu” ASC-nin kadr ehtiyat bazasına daxil ediləcək.

Qeyd edək ki, müasir dövrün çağırışlarına uyğun olaraq 2022-ci ilin aprel ayından “Azərsu” ASC-də işə qəbul üçün müraciətlər elektron qaydada aparılır. İşə qəbul üçün müraciət etmək istəyənlər Cəmiyyətin rəsmi internet səhifəsinə daxil olub “Karyera” bölməsində “CV müraciət” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

“Vakansiya” bölməsində isə konkret vakant iş yerləri göstərilir və namizədlər həmin vəzifə haqqında məlumat əldə etdikdən sonra bu bölmədən çıxmadan müraciət edə bilərlər.

İşə qəbul 4 mərhələdə - elektron müraciət, bilik yoxlaması (test), müsahibə və əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə həyata keçirilir.
Müsahibədən keçən şəxslər vakant yer olduqda müvafiq vəzifəyə təyin edilir. Vakant yer olmadıqda isə kadr ehtiyat bazasına daxil edilir. Qeyd edək ki, müraciət edənlərdən yalnız vakansiya üzrə tələblərə cavab verən namizlədlər bilik yoxlanmasına cəlb olunurlar.
https://azersu.az/az/blog/2849

Sevinc
Xəbəri paylaş