Hadisələrin episentri artıq Azərbaycan ərazisindən Ermənistana keçir

“Ermənistanı Qərbyönlü siyasət yürütməyə sövq edən qüvvələrin regionda apardığı mübarizə proseslərin yeni fazaya keçdiyini göstərir. Hadisələrin episentri artıq birmənalı olaraq Azərbaycan ərazisindən Ermənistana keçir". Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov....
Zakir Həsənov antiterror tədbirləri zamanı bütün istiqamətlər üzrə hərbi uğurlar qazanıldığını açıqlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı bütün istiqamətlər üzrə hərbi uğurlar qazanıldığını açıqlayıb. Newscenter.az xəbər verir ki, Z.Həsənov bu barədə sentyabrın 21-də Türkiyənin milli müdafiə naziri....
Öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış “trio”

"Son vaxtlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşır, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənir, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi....
MN: "Ordumuzun Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır"

"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır". Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Yayılan bu....
Yaşar Güler antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Zakir Həsənovu təbrik edib

Sentyabrın 21-də Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Y.Güler antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə....
Milli birlik və həmrəyliyin göstəricisi

"44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etdişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Bu da bir daha ölkədə milli....
Azərbaycan Qarabağın tamamına nəzarəti bərpa edəcək

Azərbaycan Qarabağda anti-terror əməliyyatını uğurla davam etdirir. Rusiya hələ ki, Azərbaycana mane olmur. Rusiya Azərbaycana mane olmaq istəyərsə Ukrayna müharibəsinə görə tərəfdaşlarını itirdiyi dövrdə Azərbaycan və Türkiyə ilə münasibətlərdə gərginliyi yaranacaq. Bu nə Rusiyanın, nə....
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb

Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir. Newscenter.az bildirir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ....
Hikmət Hacıyev: "Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb"

“Ermənistan silahlı qüvvələrinin Qarabağda qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi”. Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “BBC News”a müsahibəsində....
Ərdoğan İlham Əliyevə zəng edib, lokal xarakterli antiterror tədbirləri barədə fikir mübadiləsi aparılıb

Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin....
Qarabağın erməni sakinlərinin nümayəndələri görüş üçün Yevlaxa gəlib

Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər. Newscenter.az bildirir ki, "Report"un yerli bürosunun məlumatına görə, onları Azərbaycan....
Qarabağın erməni icmasının nümayəndələri görüş üçün Yevlaxa gəlir

Qarabağın erməni icmasının nümayəndələri Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax rayonuna gəlir. Newscenter.az bildirir ki, "Report"un Qarabağ bürosunun məlumatına görə, onları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları müşayiət edirlər. Hazırda....
İrəvanda iğtişaşlarla bağlı kütləvi həbslər başlayıb

Ermənistanın paytaxtı İrəvanın “Respublika” meydanında 1 saylı Hökumət Evinin qarşısında keçirilən aksiyada iğtişaşlarla bağlı kütləvi həbslər başlayıb. Bu barədə Newscenter.az yerli mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, aksiya zamanı etirazçıların iğtişaşlara dair ictimai çağırışlardan....
Yevlaxda əsas hansı məsələlər müzakirə ediləcək?-EKSPERT

"Bu gün Yevlax şəhərində Qarabağın erməni icması ilə ilk dəfə olaraq görüş keçirilməsi nəzərdə tutulur. Bu görüş birinci görüş olduğu üçün, əsas olaraq ümumi prosedurlar və bu presudurların hüquqi tərəfləri müzakirə oluna bilər". Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən....
Prezident: Yevlax görüşündə Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri müzakirə ediləcək

Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək. Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan....
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Sentyabrın 20-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı regiondakı vəziyyət barədə fikir mübadiləsi....
Bu, separatçılıq problem ilə üzləşən digər ölkələr üçün də misilsiz bir örnəkdir

"Gözlənilən tarixi anlara bu gün hamımız birlikdə şahidlik etdik. Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni surətdə qalmaqda davam edən Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçı-terrorçu dəstələr Bakının irəli sürdüyü şərtləri qəbul edərək ağ bayraq qaldırdılar, silahı yerə....
İlham Əliyev: "Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür"

Antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi. Newscenter.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində....
Azərbaycan Prezidenti: “Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir”

Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Newscenter.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib. Antiterror tədbirləri nəticəsində hərbçilərimizin....