“Ermənistanı Qərbyönlü siyasət yürütməyə sövq edən qüvvələrin regionda apardığı mübarizə proseslərin yeni fazaya keçdiyini göstərir. Hadisələrin episentri artıq birmənalı olaraq Azərbaycan ərazisindən Ermənistana keçir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O deyib ki, Azərbaycanın bundan sonra işi azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirmək, əhalinin geri dönüşünü tezləşdirmək olacaq:
"Ermənistan isə qaranlığa doğru sürüklənməyə davam edir, beynəlxalq və regional güclərin oyun meydanına çevrilir. Konkret olaraq bu güclərin məqsədlərinin nə olduğunu geniş anlatmağa ehtiyac yoxdur, çünki İranın, Amerikanın, Fransanın, Rusiyanın, eyni zamanda, Türkiyənin və Azərbaycanın nə istədikləri barədə çox deyilib. Məsələ Ermənistan deyil, Ermənistan üzərindən maraqlı güclərin bir-biri ilə mübarizəsidir. Ermənistanın sonrakı taleyinin nə olacağı əksəriyyət gücləri maraqlandırmır. O, həmişəki kimi bu güclərin əlində alətdir. Alət isə istifadə üçündür. Bir zaman gəlir ki, sınır və kənara atılır. Ermənistanda isə bu siyasəti anlayan heçmi insan olmadığı sualı maraq doğurmaya bilmir?”.
Anar Əliyev