Impera

XƏBƏR LENTİ
22:00Fizuli Məmmədov: "Azərbaycan dövləti şəraitdən asılı olmayaraq hər bir hərbiçisinin arxasındadır"09:52Rusiya Azərbaycanlıları İttifaqı Rusiya XİN və Mədəniyyət Nazirliyinə müraciət etdi10:01Diaspor təşkilatları prezidentə müraciət etdi19:28Düşmənin “ox”u kimə yönəlib?18:22Bu ilin 6 ayı ərzində 9801976 heyvanda qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılıb18:13Xaçmazda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı tədbir keçirilib18:05Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir17:50Zakir Həsənov Rusiyaya gedib17:38Nazirlikdən XƏBƏRDARLIQ-Güclü külək əsəcək, yağış yağacaq17:20Fazil Müstafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir17:09Bu ərazidə rənglənmə işləri aparılacaq16:54Gilbet sindromu nədir?16:39Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək16:31Vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır16:23BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar16:09Türkiyədə sərnişin avtobusu yanıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb15:48"Mən Mübariz Qurbanoğlu, onların da gəmilərini əllərindən alacağam"15:25BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb15:00Məmməd Əmin Rəsulzadə adlı gəmi ilk səfərinə başlayır14:41“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edib14:18Fizuli Məmmədov Azərbaycan diasporunu zirzəmilərdən beşulduzlu otellərə necə çıxardı?14:00Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək13:44Paytaxtda zəncirvari qəza13:25Xızıda vətəndaşların qəbulu keçirilib13:00Bəzi turizm şirkətlərinin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı artır12:50Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb12:16Bakıda lombarda basqın olub12:00Partiya sədri: "Heydər Əliyev haqqında fikir yürütmək Çöhrəqanlının başı üçün deyil"11:40Şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyiilə həll edilib10:45Müdafiə nazirinin müavini bölmələrin qış mövsümünə hazırlığını yoxlayıb10:40İyul ayında BŞTİ-yə 6 119 müraciət daxil olub10:00Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə təlim-metodiki məşğələlər keçirilib09:54Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 698,3 milyon manat təşkil edib09:40Paytaxtın 2 rayonunun qaz təchizatı dayandırılacaq09:35Bu rayonlara qaz verilməyəcək09:24Cəbhədə atəşkəsin pozulması halları intensiv xarakter alır09:00BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı08:30Azərbaycanda xüsusi rabitə xidmətinin yaradılmasından 80 il ötür15:36Paytaxtın 22 yeni yaşayış massivi qazlaşdırılacaq15:21AKİA dövlət dəstəyi mexanizmini həyata keçirmək üçün Avropa İttifaqı ölkələrinin təcrübəsindən faydalanacaq14:43Tikinti şirkəti qaz xəttini zədələdi, 8 kənd qazsız qaldı14:13Aqrar Xidmlər Agentliyi yaylaqlarda səyyar baytar xidməti göstərir12:46Sabah hava necə olacaq?12:26AQTA-ya qida zəhərlənməsi ilə bağlı 41 müraciət daxil olub12:08Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib11:45“Kaspersky Lab”biznesüçün “Kaspersky Security” xəttinifizikivə virtual mühitüçün universal həllilətamamladı11:32Gömrük orqanına düzgün bəyan olunmayan külli miqdarda mallar aşkar edilib-VİDEO11:04Respublikanın 2 rayonunda qaz təchizatı dayandırılır10:23Məzunlar qızıl və gümüş medala layiq görülüb10:14Xızının Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolu yenidən qurulur10:00Bu ilin 6 ayında kənd təsərrüfatında 13 faiz artım qeydə alınıb09:45Artan müraciətlər necə tənzimlənir?09:28Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:00“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsininə yeni rəis təyin edildi18:02"Nazir İnam Kərimovun fermerlərlə rahat kreslolarda, sərin otaqlarda deyil, əkin sahəsində görüşməsi....."17:52ASK-nın təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi17:12Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib17:00Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək16:55Prezident bu şəxslərə fəxri adlar verdi-SİYAHI16:25Şimal zonasının vətəndaşlarının qəbulu keçirilib16:17Antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb16:05Prezident STM əməkdaşlarını “”Cumhuriyyət medalı” ilə təltif etdi15:50AQTA əməkdaşları əkin sahələrində monitorinqlər həyata keçirib15:33Qırğızıstan prezidenti Azərbaycana gələcək15:13“Azəriqaz” işçilərin maaş ala bilmədikləri xəbərini təkzib etdi14:50Qaz təchizatı bərpa olundu14:01Türkiyədə fırıldaqçıların qurbanına çevrilmiş həmyerlilərimiz13:28Azərbaycanda bu günədək 3161692 ton taxıl yığılıb12:55Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər12:35100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb11:32Paytaxtın bir neçə rayonuna qaz təchizatı dayandırılacaq11:00Azərbaycanda azad medianı inkişaf etdirmək prioritet istiqamətdir10:50“Yay məktəbi”nin birinci mərhələsinə yekun vurulub10:27Rusiyada 4 azərbaycanlı diri-diri yandı10:00Bir neçə rayonda qaz təchizatı dayandırılıb09:30Düşmən snayperlərdən istifadəni intensivləşdirir09:13Bakı Gənclər Mərkəzində Xalqlar DOSTluğu tədbiri keçirilib09:00Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib08:19Cəbhə bölgəsində yaşayan uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil edilir14:26Özünü demokrat kimi göstərib, bolşevik təfəkkürü ilə düşünən müxalifətçilər yeni dövrə uyğunlaşmaq istəmirlər14:00"3 il ərzində icra başçısı Mehdi Səlimzadəyə iki milyon manat pul vermişəm"13:42Temperatur 40 dərəcəni keçəcək13:17“Türk Hava Yolları” 47 istiqamətdə endirim kampaniyasına start verir13:00Azərbaycan hərbiçiləri Belarusa gedib12:44Yekaterina Xlebnikova: “Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam”12:24İlham Əliyev və Mehriban Əliyevadan paytaxtdakı qəzalı binalarla bağlı tapşırıq12:15Dünyada insan alveri qurbanlarının 72 faizini qadın və qızlar təşkil edir11:51Bu rayon və qəsəbələrə təbii qazın verilməsi dayandırılıb11:33Polis Bakıda əməliyyat keçirdi, silah və narkotik aşkarlandı11:01Əli Həsənov radikal müxalifətə niyə hücüm edir?10:51"Sədərək Yusif' indi də Kür çayını hasarlayır-FOTOLAR10:32Bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək-VIDEO10:18Məktəblilər Beynəlxalq Kimya Olimpiadasından medalla qayıdıb10:00Göyçayda 7.5 km-lik yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir09:31Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub18:20“Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub17:46Prezident yol tikintisinə 7,8 milyon manat ayırıb17:33Azərbaycanda ilk hibrid qarğıdalı toxumu istehsalına başlanılıb17:14“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə sonuncu görüş keçirilib16:54Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlandı
BÜTÜN XƏBƏRLƏR
Ağustos 2019 (55)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)

«    Ocak 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bilsəydim ayrılıqdır…

31 Yanvar 2019, 11:32   
Bilsəydim ayrılıqdır…



(Uşaqlıq dostum Cəmilin əziz xatirəsinə)

Newscenter.az.31.01.2019. Cəmillə həm dost,həm də qohum idik,o atamın əmisi nəvəsiydi.Məndən iki yaş böyük olsa da,eyni yaşda olduğum qardaşı Asimdən daha çox onunla dostluq edər,bütün günü ya bizdə, ya da onlarda olardıq.Özündən başqa üç qardaşı və bir bacısına ataları faciəli şəkildə dünyasını dəyişdiyindən sonra anası Gülgəz xala baxırdı.Cəmilin atasını çox yaxşı xatırlayıram.Arıq,uca boylu sarışın bir adam olan Yavər əmi həddindən artıq,mehriban,gülərüz ,ailəcanlı adamıydı.Təkcə qohumlar deyil, bütün kənd camaatı onun başına and içər, xətrini çox istəyirdilər.

Yavər əmi elektrik işlərini yaxşı bacardığından,hamının ona işi düşürdü,o da heç kimdən köməyini əsirgəməz,əlindən gələni edərdi.Kəndin işıqları güclü külək olanda tez- tez sönərdi.Hamının yadına o dəqiqə Yavər əmi düşərdi,əslində bizim kəndin elektrik işlərinə başqa bir adam baxır,buna görə məvacib də alırdı.Amma həmin adamı ya tapmaq olmurdu, ya da bir bəhanə ilə küləkli,yağışlı havalarda özünü təhlükəyə atmaq istəməz, bir bəhanə tapıb aradan çıxardı.

Yadımdadır, Yavər əmi məvacib alanda,ya da hardansa əlavə işlərdən əlinə pul gələndə həmişə bizi çağırıb yarış təşkil eləyər,bizimlə şərt kəsərdi: ən yaxşı rəqs edənə,şeir deyənə,ya da mahnı oxuyana pul verəcək.Biz isə “ məharətimizi “ göstərər,çalışardıq ki, onun bizə göstərib əlində tutduğu pulu qazanaq.Amma bilirdik ki, Yavər əmi işi elə quracaq ki,sonda hamımız qalib olacağıq.Birimizə” sən hamıdan yaxşı rəqs etdin,al,bu bir manat sənindi,o birinə,sənin ayaq hərəkətin yaxşıydı,ona görə sən də qazandın, seir deyib mahnı oxuyanların da hərəsində bir” qabiliyyət” tapıb mükafatlandırardı.

Cəmilin bacısı,dörd oğlandan sonra doğulan,ailənin sonbeşiyi Gülşən üç aylıq olanda Yavər əmi oğlanlarının dördünə də eyni gündə kiçik toy məclisi qurdu.Uşaqların hamısının arasında iki yaş fərqləri var idi,ən balacasının iki yaşı olardı.Həyətlərində böyük toy mağarı qurdurub,musiqili,dəsgahlı məclisə bütün kəndi çağırdı.

Məclisin qızğın yerində külək ,filan olmasa da,nədənsə kəndin işıqları sönür.Kəndimizin elektrik ustası hər zaman olduğu kimi yenə də tapılmır.Yavər əmini fikrindən nə qədər daşındırmaq istəsələr də,elrktrik dirəyinə özü çıxır.O,bu işləri çox yaxşı bilirdi,heç vaxt əlindən qəza,yarıtmaz iş çıxmamışdı.Amma o gün Yavər əmi çıxdığı elektrik dirəyindən özü düşə bilmədi,onu yüksək gərginlikli elektrik xəttinə toxunduğuna görə elektrik cərəyanı vurmuşdu.

Cəmilgilin toyu yasa döndü,onun atasını dərhal Bakıya aparıb xilas etməyə çalışsalar da,heç bir faydası olmadı.Bir həftədən sonra Yavər əmi beş körpə uşağını Gülgəz xalanın ümidinə qoyub dünyadan köçdü.

Gülgəz xala beş uşağını min əziyyətlə,təkbaşına böyüdürdü,uşaqlarla hələ çox körpə olduğundan hər işin dalınca özü getməli olurdu.Qonşu kənddə yaşayan qardaşları ona mal- qarasının ot ehtiyatını yığmaq,dəyirmanlıq unlarını üyüdüb gətirmək,bağ bostanlarını suvarıb məhsulunu satmaq kimi ağır işlərdə qolundan tutar,əl atardılar.

Cəmil uşaqlıqdan at həvəskarıydı,hələ atasının sağ olduğu vaxtlarda da onlar həmişə at saxlayardılar.O,atlarına gözü kimi baxırdı,yemini, suyunu heç kimə etibar eləmirdi. Bizim evlərin arxasından yan -yana beş böyük arx keçirdi.O,hər gün atını arxa sulamağa aparardı,oralar boş çöllük olduğundan atı dördnala çapanda kəndin özü yaşda olan uşaqları ona həsəd aparardılar .Bir neçə dəfə anamgilin gözündən yayınıb, Cəmilin ağ atını çapmaq mənə də nəsib olmuşdu.
Atın yalından,quyruğundan başqa hər yeri ağappaq idi,bir də gözləri qapqara rəngdəydi.Yəqin buna görə Cəmil ona “ Qaragöz” deyirdi. O, hərdən zarafatla deyərdi:- Mənim bir qardaşım da Qaragözdü,onu özümdən çox istəyirəm.Yel qanadlı atım,mənim- deyim atın yalını,boynunu sığallayıb gözlərindən öpərdi.Hər dəfə atın gözlərini öpəndə mən:- Cəmil,gözlərindən öpmə,nənəm deyir ki,gözdən öpməzlər,ayrılıqdı.O gözünü atından ayırmayaraq:

- Sən qorxma,bizi heç kim ayıra bilməz.- deyə yaşlı kişilərə xas təmkinlə cavab verərdi.
Cəmilin dayıları maldarlıqla məşğul olduqlarından,hər il yayın əvvəlindən yaylaqlara köçər,bir də payızın sonunda kəndə qayıdardılar.Onlar çox vaxt Gülgəz xalanın da heyvanlarını özlərininkiylə birlikdə yaylaqda saxlayardılar.Payızda qayıdanda saxladıqları heyvanların yununu,yavanlığını gətirib verərdilər.
Elə il olurdu ki,Cəmili,ya da qardaşlarından birini də özləriylə aparardılar.Biz də yayda yaylağa getdiyimizdən bir neçə il onlarla qonşuluğumuz da olmuşdu.

Həmin il yay çox isti keçirdi,mayın axırlarından başlayan isti havalar iyun ayının əvvələrindən də özünü göstərməyə başlamışdı.İmkanı olanlar bizim kənddən çox da uzaq olmayan sərin yaylaqlara köçürdülər.
Çox çəkmədi ki,atam havaların isti keçdiyini görüb,bizi də yaylağa göndərməyə qərar verdi.Biz özümüzlə aparacağımız yükümüzü maşına yükləyib çıxmağa hazırlaşanda Gülgəz xala əlində yekə bir boxça Cəmillə özünü qapıdan çıxmağa hazırlaşan maşınımıza çatdırdı.O,maşının kabinəsində oturan atama:
- Gözlərinin qadasını alım,Ziya, qoy Cəmil də sizinlə getsin,dayısıgildə qalacaq,danışmışam qardaşlarımla,neçə vaxtdı “Qaragözün yanına gedim” deyib durur.

Gülgəz xala heyvanlarını bu il qardaşlarıyla yaylağa göndərəndə Cəmilin atını da aparmışdılar.Dostum atının yanına getmək üçün əlindən gələni etmişdi,kim bilir anasına nə qədər dil töküb yalvarmışdı.Gülgəz xala uşaqlarını qardaşlarıyla əvvəllər bir neçə dəfə yaylağa göndərsə də sonralar ,ataları rəhmətə gedəndən sonra ürək eləmirdi:” gözümün qabağında olsunlar,qardaşlarım nə qədər yaxşı baxsalar da,nigaran qalıram,əlim işə- gücə də yatmır burda” deyirdi.

Gülgəz xala çiyninə sürüşüb düşən yaylığının ucuyla tələsik gəldiyindən tər axan üzünü silə- silə atamdan cavab gözləyirdi.Mən yük maşının lap qabağlnda yorğan- döşək yığılıb möhkəm bağlanmış “fərməş” deyilən iri bağlamanın üstündə oturub yerimi rahatlamışdım.Cəmil nigaran baxışlarıyla gah atama,gah da cavab gözləyən anasına baxırdı.Həyəcandan yerində dayana bilmirdi,ayağının birini götürüb,o birini qoyurdu.Bir xasiyyəti vardı,həyəcanlananda gözlərini tez- tez qırpırdı,indi də uzun kiprikləri dayanmadan yanağını döyəcləyirdi.Atam Gülgəz xalanın uşaqlarının dayılarlyla yaylağa getmələrinə həmişə narazı olardı” Ana harda,uşaq da yanında “ deyərdi.

Mən çox istəyirdim ki atam Cəmilin bizimlə getməyinə razı olsun,adətən atamın yanında səsim çıxmazdı,indi özümü saxlaya bilmədim:

- Ay ata,nolar qoy Cəmil də getsin bizimlə, bizdə qalar,anam ona da baxar.
Atam Gülgəz xalanın əlindəki boxçaya,bir də yazıq- yazıq boynunu büküb dayanmış Cəmilə baxıb:
- Yaxşı,qoy getsin,istidi,on beş,iyirmi gün qalıb gələr.
Atam axırıncı sözünü deyib qurtarmamış,Cəmil özünü yük maşının üstünə atıb yanımda özünə yer elədi.Gülgəz xala atama dua,səna elədi,bizimlə görüşüb,nəmərən gözləriylə bizi yola saldı.
Maşınımız kənddən uzaqlaşıb dağlara yaxınlaşdıqca biz aranın yandırıcı istisindən sonra yaylağın buz kimi havasını ləzzətlə ciyərlərimizə çəkir,zarafatlaşıb gülüşürdük.Hamıdan çox sevinən Cəmiliydi,o,”Qaragözün” yanına çatmağa tələsir,

“ məni görəndə tanıyacaq,sevinəcək” deyə şadlığından özünə yer tapmırdı.
Axşamtərəfi Cəmilin dayısıgilin də köçlərini saldığı,aralıdan yağışdan sonra çıxmış göbələyə oxşayan ,sırayla düzülmüş alaçıqlar olan yaylağa çatdıq.Bizım alaçığımızı qurduğumuz bu oba çox gözəl bir yerdə,hər addımda buz kimi bulaqları,çiçəkli,laləli düzləri olan ,şiş qayaların ,yaşıl dağların qoynunda salınmışdı.Bizi dövrəyə almış kimi görünən başı qarlı dağ silsiləsi sanki bu obanı qoruyan bir qala divarıydı.
Biz obaya çatıb yükümüzü yurd yerimizə daşıyırdıq.Cəmil anasının qoyduğu boxçasını bizim yanımıza atıb,alaçıqlardan aşağıdakı dərədən axan çayı keçib, dağın ətəyindəki yamacda hörüklənib otlayan”Qaragözün” yanına qaçdı. Biz onunla mərc gəlmişdik,mən ona atının onu tanımayacağını,o isə inadla bunun əksini söyləyirdi.Mən onların görüşünü öz gözümlə görüm deyə,anamın arxamca çığırmağına məhəl qoymayıb,Cəmilin dalınca götürüldüm.Ayaqlarımı alabəzək daşların üstünə qoyaraq dərədən axan çayı keçib yaşıl otluqda hörüklənən Qaragözün yanına çatan Cəmili haqladım.

Qaragöz Cəmilin hənirtisini uzaqdan duymuşdu deyəsən, başını otluqdan qaldırıb biz tərəfə baxır,tez tez fınxırırdı.Fınxırdıqca qapqara yalı gözlərinin üstünə tökülürdü.
Cəmil ona çatıb boynunu qucaqladı,yalını tumarladıqca Qaragöz çoxdan görməgiyi dostuyla görüşürmüş kimi,üzünü Cəmilin qoluna sürtürdü.
Mən azca kənarda dayanıb onların görüşməyinə tamaşa eləyirdim. Mərci uduzmuşdum,görünür,Cəmil dostunu yaxşı tanıyırdı...

Cəmil iki gün bizdə qaldıqdan sonra, onu aparmağa gələn dayısıyla onlara getdi.Onlarla bizim aramızda iki çadır varıydı,obadakılar hamısı qonşu kəndlərin,bizim kəndin adamlarıydı.
O vaxt Cəmilin on dörd,mənimsə on iki yaşım vardı.O,demək olar ki,bizdə olurdu, səhər yerindən qalxan kimi bizə gələr bir də gecə yatmaq vaxtı gələndə dayısıgilə yatmağa gedirdi.
Cəmil vaxtını daha çox Qaragözlə keçirirdi,dayısının qoyun sürülərini otaran çobanlara qoşulub,onlarla dağlara qalxardı.Çobanlar bir az uzaqdakı otlaqlara atlarla aparardılar sürüləri.Cəmil də öz atını minib onlara qoşulurdu.Uzağa getməyəndə onun atı həmişə çəməndə hörüklənərdi.
Axşamçağı atı örüşdən çox vaxt özü gətirirdi,Atın boynuna bağlanmış çox uzun ipi əlinə dolayıb arxasınca çəkərdi.
Bir neçə dəfə onunla Qaragözün dalınca mən də getmişdim.O,nədənsə mənim onunla getməyimə razı olmurdu.Hər dəfə mən getmək istəyəndə:

- Axşam düşür gecdi ,sən getmə,mən atı tez götürüb qayıdacağam.
Bir dəfə məndən uzaqlaşandan sonra onun dalınca mən də atın bağlandığı çəmənliyə tərəf getdim. Onu görəndə məni niyə özüylə aparmaq istəmədiyini indi başa düşdüm .Atın uzun ipini öz belinə bağlamışdı,at getdikcə dalınca onu da çəkib aparırdı.O,otların üstündə sürüşməkdən ləzzət alırdı.Məni görəndə özünü itirdi,tez belindəki ipi açıb əlinə yiğdı,atı ardınca çəkərək:

- heç kimə demə,yaxşı? Birinci dəfədi belə eləyirəm,bir də eləməyəcəyəm,atamın qəbrinə and olsun.
Mən gördüklərimdən qorxmuşdum,təlaşla:-Bu çox qorxuludu,Cəmil,ip dolaşar,aça bilməzsən.O,məni inandırmağa çalışdı,and- aman elədi ki,bunu daha heç vaxt təkrarlamayacaq.
Yaylaqdan arana qayıtmağımıza sayılı günlər qalmışdı.Obada alaçıqların sayı getdikcə azalırdı.Bir həftədən sonra atam dalımızca gəlib bizi də aparacaqdı.

Obanın özüm yaşda olan uşaqlarıyla gün əyilənə qədər çiçək yığıb gəzdik,qayıdanda yolumuzun üstündəki qayada bitən ardıc ağaclarını odlayıb,çırtıltıyla yanmağına ləzzətlə tamaşa edirdik.Cəmil gözə dəymirdi,yəqin Qaragözün dalınca getmişdi.Birdən uşaqlardan kimsə:

- ora baxın,Cəmilin atı,niyə belə bərk qaçır,yəhəri də yoxdu belində ,kim qovur onu görəsən?- deyə çığırdı.
Biz dayandığımız təpənin qarşısında sıldırım qayalıqlar, dərələr vardı.At təxminən yüz metr uzaqdan sürətlə bizə tərəf gəlirdi,o deyəsən nədənsə ürküb qaçırdı.Bizə yaxınlaşdıqca arxasınca nə isə sürütləndiyini gördük.Ürkmüş at biz dayandığımız yerin yaxınlığından güllə kimi keçdi.Arxasınca sürütlədiyi daşlara çırpılmaqdan başı,bədəni parçalanmış,əynində həmişə geyindiyi miləmil köynəyi al qanlara bulaşmış Cəmil idi....
Ürkmüş atı obanın çobanları çətinliklə ,obadan çox aralıda ipi bir qayaya ilişib qalmış vəziyyətdə tapdılar.O gün heç vaxt yadımdan çıxmayacaq,qadınların,uşaqların ah- naləsi,bir də Qaragözün gözündən axan yaşlar.O,insan kimi ağlayırdı,qara gözlərindən yaş süzülürdü,sanki günahını anlayırdı.
Dərddən ağlını itirmiş Cəmilin dayısı atı tüfənglə atmaq istəsə də,ona mane oldular.

Gecə Cəmilin daşlara çırpılmaqdan parçalanmış meyitini kəndə apardılar.Gülgəz xala neçə dəfə özünə qəsd etmək istəsə də,vaxtında duyuq düşüb qarşısını aldılar.
Amma Cəmil ölən günün səhəri müəmmalı şəkildə Qaragöz də yoxa çıxdı. Deyilənə görə at Cəmilin cəsədi tapılan qayadan uçmuşdu.Bu təsadüf idi ,yoxsa günahını başa düşüb dost qatili kimi yaşamaq istəməyən vəfalı atın intiharı idi? Bunu heç kim bilmədi. Cəmil doğru deyirdi: Onları heç kim ayıra bilmədi,ölum də…

Sara İbrahim
OXŞAR MÖVZULAR