Impera

XƏBƏR LENTİ
14:01Fizuli Məmmədovdan bayram təbriki: "Azərbaycanın müstəqilliyi əbədi, müstəqil Azərbaycan dövləti güclü və firavan olsun”13:32Hava limanı yolunda dəhşətli qəza-ölən və yaralananlar var13:00Sabah bəzi ərazilərdə yağış, sulu qar yağacaq12:39Bir siyasi partiyanın "mühacir biznesi" (insan alveri) ilə məşğul olması nəinki mənəvi, eyni zamanda siyasi rüsvayçılıqdır12:092020-ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər11:48"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib11:20“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmazda fermerlərlə görüşüb10:34Naxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıb - VİDEO10:00Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edib09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:02Rusiya Azərbaycanlıları İttifaqının Mübariz döyüşçü idman klubunu hüquqi şəxs olaraq qeydiyyatdan keçdi08:35Azərbaycanda Milli Dirçəliş Günüdür18:50Lerikin daha 3 kəndinə qaz verildi18:27Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Balakən rayonunda vətəndaşlarla görüşüb17:52Bu erməni lobbisinə vurulan ciddi zərbə idi17:44Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO17:27BŞTİ müdiri vətəndaşları qəbul edib17:10Prezident zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayırdı16:58“Mastercard”la bir toxunuşla ödəniş edin16:33İrandan Azərbaycana daxili orqanında narkotik vasitə və psixotrop maddə gətirmək istədi16:11Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır15:45Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib15:26Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub15:08Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib14:34“Azəriqaz” “SMART-KART” tipli sayğaclarla bağlı məsələyə aydınlıq gətirdi14:18Astarada insan alveri ilə bağlı təlim keçirilib13:57Agentlik rəhbərliyi vətəndaşları qəbul edəcək13:37Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxstan sammitində iştirak edib13:12Sabah hava yağmurlu olacaq12:55Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar12:20Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qızıl medalla qayıdıblar12:02Paytaxtda qanunsuz parklanmaya qarşı tədbirlər görülür11:44Tailandda Azərbaycanın sədrliyilə Quru limanların işi üzrə işçi qrupun 3-cü iclası keçirilib11:38Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb11:24Aqrar Xidmətlər Agentliyində rayon baytarlıq idarələrinin rəhbərləri ilə görüş keçirilib11:05Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir - VİDEO10:50Müxalifətin korrupsiyası10:16Təhsil müzakirələri davam edir09:40Düşmən ərzində atəşkəs rejimini 20 dəfə pozub09:22Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub09:00Əməliyyat təlimi çərçivəsində HDQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO20:49Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - SİYAHI19:46Gəncədə yol qəzası: ölən və yaralananlar var - VİDEO18:55Prezident İlham Əliyev Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib18:23Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlanıb18:00İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri AQTİ-nin laboratoriyaları ilə yaxından tanış olub17:41Qaz xətti bir gündə iki dəfə zədələndi17:12İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq16:34Goranboyun daha bir kəndinə qaz verilib15:29Beyləqan şəhərində tullantı sutəmizləyici qurğusunun tikintisi yekunlaşmaq üzrədir15:11Voleybolçu qəzlar arasında birinciliyə start verilib14:53KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib14:43Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb VİDEO14:17Təhsil Nazirliyi tərəfindən 7 nəfərə töhmət verilib14:05Gələn il Azərbaycan və Ermənistan rəhbərləri görüşə bilər13:55Keçən ay Təhsil Nazirliyinə 28 müraciət daxil olub13:34Məktəbdaxili yarışlar başlayıb13:20Təhsil naziri 3 ölkədən olan həmkarı ilə görüşüb13:03“ASAN xidmət”ə 34 milyonuncu müraciət12:41Məktəblilər arasında vətənpərvərlik və mənəvi dəyərlər mövzusunda rəsm -sərgi müsabiqəsi keçirilib12:30“Siyasətdə bütün oyunlar qəbuldur” variantından artıq imtina etmək zamanıdır12:15Hər kəsə öz silahıyla cavab vermək lazımdır12:05Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib11:50Prezident və xanımı Dünya dini liderlərinin II Sammitində iştirak edir11:27Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edəcək11:11“III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib10:56AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb10:42Nizami rayonunda məktəb seminarları keçirilir10:33Azərbaycanlı mühacir Fransada saxlanılıb10:00İrandan Azərbaycana 25 kq narkotik gətirilməsinin qarşısı alınıb09:44Almaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHI09:27Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır20:00QHT əməkdaşları Agentliyin idarə heyətinin sədri ilə görüşüblər19:38Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri 4-cü Ticarət Məclisi keçirilib19:00Azərbaycanda vərəmlə bağlı Milli Dialoq keçiriləcək18:30Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirilib17:48"Azəriqaz"da istehsalat müşavirəsi keçirilib17:13Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib17:00ABŞ nümayəndə heyəti “ASAN xidmət”də16:45Prezident "Azərsu"ya 5 milyon manat ayırdı16:32İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib16:17Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir15:36Dövlət Komitəsində görüş keçirilib15:10Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb14:45Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO14:30Pərvin Kərimzadə: "Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir"14:13Sabah hava necə olacaq?13:56Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək13:27Bəzi ticarət obyektlərində tərkibində böyük miqdarda bitki, az miqdarda isə kərə yağı spredi olan yağlar kərə yağı adı altında satılır13:20“MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsi keçiriləcək13:11“Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib13:00Qida məhsullarının idxalının elektronlaşmasına start verildi12:51Azərbaycanla Rusiya arasında gəncləri sahəsində saziş imzalanacaq12:40Pambıq qəbulu məntəqələrinə bu günədək 281 min tondan çox məhsul təhvil verilib12:22Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub11:45Tirrell Hatton“Türk Hava Yolları Açıq Qolf Turniri”nin qalibi oldu11:35496 əcnəbi barədə ölkəni tərk etmə qərarı çıxarılıb11:17BNA əməkdaşları halı pisləşən xanıma ilkin tibbi yardım göstərib11:02Keçən ay Miqrasiya Xidmətinə 49924 müraciət daxil olub
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (300)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Mart 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər

01 Mart 2019, 13:52   
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər


Newscenter.az.1.03.2019. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.Dövlətimizin başçısı görüşdə çıxış etdi.



Prezident İlham Əliyevin çıxışı

- Əziz dostlar, mən sizi səmimiyyətlə salamlayıram. Bu gün Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı sizinlə danışmaq istərdim. Mənim ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır.

İqtisadi sahədə apardığımız islahatlar gözəl nəticələr verir. Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaqdır. Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə vermişdir. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir.

İqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın. Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən imzaladığım Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir.

Digər sahələrdə islahatlar aparılır və aparılmalıdır. Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artmışdır. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olmuşdur. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxardı.

Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur.

Digər sahələrdə, məsələn, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilibdir. Şəhərsalma sahəsində. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun. Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik.

O ki qaldı mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız - Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri demək olar ki, tam şəkildə əsaslı təmir edildi - Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı, digər muzeylər, mən indi hamısını xatırlaya bilmərəm. Hər bir şəhərdə Tarix-Diyarşünaslıq muzeyləri fəaliyyətə başladı.

Dini abidələr əsaslı şəkildə təmir edildi. Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı şəkildə bərpa olundu. Onların arasında böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edildi, Heydər Məscidi tikildi. Yəni, bunlar bizim milli irsimizdir.

Digər sahələrdə. Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu.

Kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması sevindirici haldır. Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyuldu. Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsi əbədiləşdirildi. Görülən bütün işləri yada salmaq çətindir. Bizim iki konservatoriyamızdan biri əsaslı şəkildə təmir edildi, o birisi yenidən tikildi.

İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz.

Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür. Ona görə bu məsələlərlə və istənilən məsələ ilə bağlı bu gün mən sizinlə danışmaq istərdim. Hesab edirəm, mən giriş sözümü yekunlaşdırmalıyam ki, sizə daha çox imkan yaradım və siz öz sözünüzü deyəsiniz.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov və başqaları çıxış etdilər.

Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verdi.
OXŞAR MÖVZULAR