Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil Nazirliyinə keçən ay 14 467 müraciət daxil olub

Təhsil Nazirliyinə keçən ay 14 467 müraciət daxil olub


Newscenter.az.2.04.2019
. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən Newscenter.az-a bildirilib ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 14 467 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12 561 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1906 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 964 (437 ərizə, 527 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox direktorların işə qəbulu, xaricdə təhsil, birinci sinfə qəbul, diplomların tanınması, müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması və digər bu kimi məsələləri əhatə edib.
Xəbəri paylaş